|
Atropatenanın, sonralar isə orta əsrlər Azərbaycanının ərazisi ilə üst-üstə düşən coqrafi məkanda eramızdan əvvəl IX-VII əsrlərdə Manna dövləti təşəkkül tapır və inkişaf edir. Vilayətlərə bölünmüş ölkənin başında hakimiyyəti irsən qazanan şah dayanır, vilayətlərdə (Suriqaş, Messi, Uişdiş, Arsıyanşi və s.) isə onun canişinləri hökmranlıq edirdilər. Özünün çiçəklənmə dövründə Manna Yaxın Şərqdəki ən möhtəşəm dövlətlərdən hesab olunurdu. Onun formalaşması və möhkəmlənməsi Assuriya və Urartu dövlətləri ilə aparılan fasiləsiz müharibələrlə eyni vaxta düşür. Mannanın ən qüdrətli çağları şah İrançunun nə onun oğlu Ullusununun hakimiyyət dövlərinə təsadüf edir.
Yaşadığımız əsrin ortalarında əvvəlcə həvəskar, sonra isə peşəkar arxeoloqlar Azərbaycanın Marlik, həsənli və Zaviyə kimi məntəqələrində qazıntılar aparana qədər qədim dövrün tarixi ilə dərindən məşğul olan bir qrup mütəxəssis istisna olunmaqla heç kəs belə bir dövlətin mövcudluğundan xəbər tutmamışdı. Yalnız arxeoloqlar üzərində məşhur "vəhşi skif üslubu"na uyğun süjetlər həkk olunmuş qızıl,gümüş və bürünc mə'mulatlar xəzinələri-ni üzə çıxardıqdan sonra belə bir dövlətin mövcudluğu geniş kütlələrə mə'lum oldu. Həmin xəzinələrdən birinin tapılması tarixi xüsusi maraq doğurur. Qədim Manna ərazisində, Cənubi Azərbaycanda, Urmiyə gölünün ətrafında, Həsənlu qalası yaxınlıgında Robert Daysonun başçılıq etdiyi Amerika ekspedisiyası işləyirdi. Ekspedisiya arxeoloji qatlardan birində yanğın izinə rast gəldi. Elə buradaca onlar qeyri-adi gözəlliyə malik qızıl piyalə tapdılar. Bu tapıntı dünya elmində iki səbəbdən sensasiya doğururdu. Birinci səbəb-piyalənin həm yüksək texniki, həm də bədii səviyyəsi ilə fərqlənməsi idi: Mütəxəssislərin fikrincə, qabın üzərində bu yerlərə eradan əvvəl II minillikdə gəlmiş tayfaların əsatirlərindən qurban-vermə süjetləri təsvir olunmuşdur. İkinci səbəb bundan ibarət idi ki, həmin yerdə tapılmış əskər cəsədlərinin. silahların və piyalənin yerləşməsinə görə arxeoloqlar qaladagı yanğın zamanı baş verən hadisələrin gedişini heyrətamiz bir dəqiqliklə müəyyənləşdirə bilmişdilər.
Qala yanıb kül olmaq təhlükəsi altında qalanda əskərlərdən üçünə mə'bədin ən dəyərli əşyasını-həmin müqəddəs ritual piyaləsini çıxarmaq tapşırılır. Əskərlər ikinci mərtəbəyə qalxanda artıq yanğın bütün qalanı bürüyübmüş. Yanmış döşəmə onların ayaqları altında uçulub tökülür. Birinci əskər əlində qılıncı üzü üstə düşüb. Onun qızılla işlənmiş dəmir qılıncı sinəsinin altında qalıb. Cağ əlində qabı aparan ikinci əskər cağ böyrü üstə düşüb. Onun sol əli divara dayanıqlı qalıb. Üçüncü əskər isə onun üstünə yıxılıb və onların hər üçü qalanın uçuntuları altında qalıblar.
Mütəxəssislər asanlıqla müəyyən etdilər ki, tapılmış xəzinələrdəki zərgərlik mə'mulatları Manna ustalarının əl işləridir. Bundan sonra Manna dünyanın bütün sənətşünas və kolleksiyaçılarının dilinin əzbərinə çevrildi. Çünki bu mə'mulatlarla birlikdə skif, Midiya və fars incəsənətinin sirrlərini sonadək açmağa imkan verən aralıq həlqə tapılmış oldu. Sonrakı tapıntılar da sübuta yetirdi ki, əsrlər boyunca dünya sə-nətşünaslarını öz yüksək səviyyəsi ilə heyrətdə buraxan metalın bədii işlənməsi məhz Azərbaycan ərazisində yaranmış-dır. Çox maraqlıdır ki, qabın üzərində təsvir olunmuş xəncərə Azərbaycanın şimal-qərb bölgəsində rast gəlinir.Döyüşçülərdən birinin əlində də, məhz həmin zonaya xas olan toppuz təsvir olunmuşdur.
İran incəsənətinin böyük bilicisi V. Q. Lukonin Manna, Midiya, Atropatena və İran incəsənəti haqda yazdığı kitabda göstərir ki, "haqqında söhbət gedən abidələr bu yerlərdə b. e. əvvəl X-VI əsrlərdə inkişaf tapmış incəsənəti təmsil edir. həmin dövrdə deyilən ərazilərdə bir neçə dövlət qurumları vardı ki, bunların da arasında Cənubi Azərbaycanda Manna dövləti seçilirdi. Manna şahları.o dövrün siyasətində fəal iştirak edir, Assuriya, Urartu və Elamdakı mübarizələrə qoşulurdular. Bir qədər sonralar Midiya dövlətçiliyi də burada bərqərar oldu. Heredota istinad etsək, b. e. ə. VII əsrin ortaları və sonlarında skif tayfaları da məhz bu yerlərdə möhkəmlənmiş, skif sərkərdələri düz 28 il "Asiyanın ağaları"na çevrilmişlər. Bu ərazidə yaranmış sənət həm skiflərin, həm midiyalıların, həm də farsların sonradan yaratdıqları incəsənət nümunələri üçün baza olmuşdur. Zaviyə abidələri ilə təmsil olunan bu mərhələ bir tərəfdən onunla maraqlıdır ki, biz bunlarda lap yenicə açılmış sivilizasiyanın nəticələrini görürük, o biri tərəfdən bunlar skif sənətkarlığı və fars incəsənətinin ilkin nümunələri ilə sıx bağlıdır."
Mannanın tarixi az öyrənilmişdir. Həm də bu tarix əsas e'tibarilə həmin dövlətlə daimi rəqabətdə olan Assuriya və Urartu mənbələrindən qaynaqlanır. Bu mənbələr isə Mannada baş verən hadisələri heç də həmişə obyektiv əks etdirmir. Mannanın ən qüdrətli şahlarından olan İranzunun ölümündən (təqr. b. e. ə. 716 -cı il) sonra hakimiyyətə onun oğlu Aza gəlir. Aza atasının siyasətini davam etdirərək, Urartuya qarşı mübərizəsində Assuriya ilə müttəfiq olur. Buna görə də Mannanın Assuriyaya düşmən münasibəti bəsləyən Metatti, Telusina və Baqdattu kimi vilayət başçıları açıq şəkildə onun siyasətinə qarşı çıxırlar. Nəticədə onlar Azanı öldürür və taxta onun qardaşı Ullusununu gətirirlər. Ullusunu taxt-tac uğrunda çəkişmələrdə öz iradəsinin əksinə olaraq, Urartu təmayüllü siyasət yeritməyə məcbur olur. 0, hətta Assuriya ilə həmsərhəd olan bir neçə vilayətini də Urartuya güzəştə gedir. Hadisələrin bu cür dönüşündən qəzəblənən Assuriya Manna üzərinə hücuma keçir. Assuriya şahı II Sarqon Baqdattunu tutaraq onun dərisini soymağı əmr edir. Baqdattunun dərisini soyur, cəsədini isə mannalılara görk olmaq üçün nümayiş etdirirlər. Assuriyalılar Mannanın paytaxtı İzirtu şəhərini yandırır, bir çox qalalarını zəbt edirlər. Ullusunu tabe olmaqdan başqa yol görmür. Elə bu vaxt II Sarqon Ullusunuya bir məktub göndərir. Burada Ullusunudan tələb edilir ki, "öz hörmətli aqsaqqalları, qoşun başçıları, məsləhətçiləri, tayfasının özəyi olan adamlar, canişinləri və ölkəsini idarə edən digər rəhbərlərlə birliklə onun qarşısına çıxsın". Bundan əlavə həmin məktubda Ullusunudan "öz böyük oğlunu qiymətli hədiyyələrlə" Sarqonun yanına göndərməsi də tələb olunur. Ullusunu II Sarqonun şərəfinə yazılmış bir daş sütun ucaldır. Sarqon dönüklüyünü Ullusunuya bağışlayır və onu öz taxtından məhrum etmir. B. e. ə. 714-cü ildə Sarqon Urartu üzərinə yürüşə gedərkən iki şah arasında müqavilə imzalanır. Şahlar müəyyən olunmuş yerdə görüşürlər və Ullusunu Sarqonun qoşununa döyüş atları, mal-qara və digər hədiyyələr verir. Sarqon əvəzində Urartuya güzəştə gedilmiş Manna torpaqlarını da almaqı Ullusunuya və'd verir. Assuriya çarı Ullusununun şərəfinə ziyafət düzəldir. Bu ziyafətdə Ullusunu Sarqondan aşağı yerdə əyləşdirilsə də, onun oturduğu yer atası İranzunun vaxtilə əyləşdiyindən yuxarıda idi. Sarqonun səlnaməçiləri bu barədə onun dilindən yazırlar: "Mən onların ağasına, şahına, Ullusunuya süfrə açdım. Onu öz atası, valideyni İranzudan yuxarıda oturtdum, onu yüksəltdim." İ. M. Dyakonovun fikrincə, bu, Mannanın müttəfiq dövlət kimi e'tiraf olunmasına bərabər idi. II Sarqon Urartu ilə müharibəni davam etdirir. Ullusunu öz müttəfiqinə hər cür yardım göstərir. Urartu qoşunları sarsıdıcı məğlubiyyətə uğrayırlar. Sarqon tutduğu əski Manna qalalarını Ullusunuya qaytarır. Sarqonun qoşunları Urartunun paytaxtına qədər irəliləyir, bir çox şəhərləri viran qoyur və xeyli qənimət ələ keçirirlər. Urartu şahı I Rusa bu məğlubiyyətinin biabırçılığına dözə bilməyərək, intihar edir, Sarqon Ullusunuya 22 qala və iki möhkəm-ləndirilmiş şəhər bağışlayır. Urartunun məğlubiyyətindən sonra Ullusunu vaxtilə itirilmiş Manna vilayətlərini geri qaytarmaq uğrunda müharibəyə başlayır və uğurlar qazanır. Manna öz yüksəlişinin zirvəsinə çatır. Assuriya bu dövləti özünün bərabərhüquqlu müttəfiqi kimi qəbul edir. II Sarqonun vəfatından sonra Ullusunu hətta Assuriyanın da bir sıra torpaqlarını ələ keçirir.
Ullusununun hakimiyyəti devründə Mannada böyük mə'bədləri, saray və mülkləri olan yeni qalalar və şəhərlər salınır, sənətkarlıq inkişaf etdirilir. İ. M. Dyakonov yazır ki, "Manna, daha doğrusu, bu ölkənin Urmiya ətrafında yerləşən şimal vilayətləri, yəni, gələcək Atropatena ərazisində yerləşən vilayətlər özlərinin iqtisadi inkişaf səviyyəsinə görə şərqi Midiyanın əksər ərazilərindən yüksəkdə dayanırdılar."
Manna ərazisində tapılmış b. e. ə. VIII əsrə aid qablardan birinin üzərində saz və ya tənburu xatırladan bir musiqi alətində çalan insan şəkli təsvir olunmuşdur. Musiqiçinin aləti tutma qaydası və onun çalğı manerası ifaçının Azərbaycan ərazisində yaşadığına və bu torpaqda qədim musiqi ən'ənələrinin qorunub-saxlanmasına şübhə yeri qoymur. Mannanın tarixi, onun mədəniyyəti hələ təzə-təzə öyrənilməyə başlanır. Görünür, daha qədim ölkələrlə onun dil və mədəniyyətindəki oxşar məqamların, uyğunluqların öyrənilməsi istiqamətində hələ çox iş görülməlidir
|